Uzun müddətdir səhhətində problem yaşayan məşhur aktrisa Qlenda Cekson vəfat edib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, 87 yaşlı aktrisa həyatını itirdiyi an ailə üzvləri və yaxınları yanında olub. Qlenda onlarla son dəfə vidalaşaraq vəfat edib.

Ceksonun meneceri Lionel Larner etdiyi açıqalamda "Qlenda keçirdiyi xəstəlikdən sonra bu sabah Londonda "Blackheath"də yerləşən evində dünyasını dəyişib" sözlərini söyləyib.
Qlenda Cekson sonuncu dəfə "The Great Escaper" adlı filmdə rol alıb.
