Rusiya “Taliban”a şərt qoydu

16:36 - 16 İyun 2023

Rusiya “Taliban”a şərt qoydu

“Biz Rusiya vətəndaşlarına Əfqanıstana səfər etməkdən çəkinməyi tövsiyə edirik. Əfqanıstanda təhlükəsizliklə əlaqədar vəziyyət qaneedici səviyyədə deyil, terror təhlükəsi qalmaqdadır”.  

 

Manset.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin Əfqanıstandakı xüsusi nümayəndəsi Zamir Kabulov deyib.

Zamir Kabulov “Taliban”ı Rusiyada terrorçu təşkilatların siyahısından çıxarmağın şərtlərini də açıqlayıb.

“Rusiya Əfqanıstanda yalnız bütün etnik qrupların iştirakının təmin ediləcəyi inklüziv hökumət qurulduqdan sonra “Taliban”ın statusuna yenidən baxacaq”, - deyə Zamir Kabulov vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az