Türkiyə milli müdafiə naziri Yaşar Gülər ABŞ-ın müdafiə naziri Lloys Ostinllə görüşüb.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, görüş Brüsseldə NATO Müdafiə Nazirləri Toplantısı çərçivəsində baş tutub.
Nazirlər ikitərəfli və regional təhlükəsizlik məsələlərini müzakirə edib.