Astanada silahlı şəxs banka hücum edib, insanları girov götürüb

14:35 - 18 İyun 2023

Astanada silahlı şəxs banka hücum edib, insanları girov götürüb

Astanada Kaspi Bankının Dostık küçəsində yerləşən şöbəsində silahlı şəxsin 7 nəfəri girov götürdüyü ehtimal edilir.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, peşəkar mütəxəssislər hazırda silahlı şəxslər danışıqlar aparır.

Hadisə yeninə Qazaxıstan DİN-nin xüsusi təyinatlı “Arlan” bölməsi cəlb olunub.

***

Qazaxıstanın paytaxtı Astanada silahlı şəxs banka hücum edib, bir neçə nəfəri girov saxlayır.

Polis Kaspi Bankının Dostık küçəsində yerləşən şöbəsində insanları girov götürən silahlı şəxslə danışıqlar aparır.

Polis əhalini sakitliyə riayət etməyə və hüquq-mühafizə orqanlarının fəaliyyətinə mane olmamağa çağırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az