Boşanma prosesində olan həyat yoldaşına “Başını kəsəcəm” mesajı göndərərək evini daşqalaq edib.
Manset.az xarici mətbuata istinadən bildirir ki, hadisə İstanbulun Esenyurt bölgəsində İnönü səmtində baş verib.
İddialara görə, Ayşe Karslıoğlu bir il əvvəl boşanmaq üçün məhkəməyə verdiyi Hakan K.-dan işləmək istədiyi üçün ölümlə hədələnirmiş.
Təhdidlərinə davam edən Hakan K. ötən gecə iki uşağının anası Ayşe Karslıoğlunun ailəsi ilə birlikdə yaşadığı evə daşla hücum edib.
Hücumdan sonra Karslıoğlunun bacısı Aycan Yılmaz qorxudan huşunu itirib.
Manşet.az