Son günlər Hindistana təsir edən istilər səbəbindən həyatını itirənlərin sayının 166-ya yüksəldiyi bildirilib.
Manset.az xəbər verir ki, xəstəxanaya aparılan insanların bir çoxu qəbul edilməyib. Buna görə də, ölənlərin yaxınları cəsədləri evlərinə aparmalı olublar.
Səlahiyyətlilərin açıqlamalarına görə, son günlər ölkədə təsirli olan qızmar istilər nəticəsində Uttar Pradeş əyalətində 119, Bihar əyalətində 47 olmaqla 166 nəfər həyatını itirib.
Uttar Pradeş əyalətinin baş naziri Yogi Adityanath kondisionerlərin düzgün işləməsi üçün fasiləsiz enerjinin təmin edilməsi üçün lazımi tədbirlərin görüldüyünü bildirdi.
Hindistan Meteorologiya Vahidi (IMD) Mütəxəssisi Atul Kumar Singh isə 43,5 dərəcədən aşağı düşməyən temperaturlarla bağlı verdiyi açıqlamada bu mövzuda səlahiyyətlilərə daha əvvəl xəbərdarlıq etdiklərini ifadə etdi.
Jalə