Yeni Zelandiyada bir nəfər 3 fərqli Çin restoranına girərək balta ilə insanlara hücum edib.
Manset.az-ın xarici mətbuata istinadən məlumatına görə, baş verən hadisədə 4 nəfərin yaralandığı bildirilib.
Xəstəxanaya aparılan yaralılardan birinin müalicəsi başa çatdıqdan sonra evə buraxıldığı, 3 nəfərin vəziyyətinin stabil olduğu öyrənilib.
Polisdən verilən açıqlamada, Çin vətəndaşı olan 24 yaşlı şəxsin qəsdən xəsarət yetirmək ittihamı ilə nəzarətə alındığı və bu gün məhkəmə qarşısına çıxarılacağı bildirilib.
Manşet.az