Diş ağrısını tamamilə kəsəcək üsullar - Ağrıdan dərhal qurtulmaq üçün...

12:25 - 20 İyun 2023

Diş ağrısını tamamilə kəsəcək üsullar - Ağrıdan dərhal qurtulmaq üçün...

Mütəxəssislər diş ağrısını kəsəcək üsulları araşdırıb.

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, bu üsullar sayəsində diş ağrısından 5 dəqiqəyə qurtula bilərsiz.

Bir çox səbəblə meydana gələ bilən diş ağrısı tez-tez infeksiya və ya diş çürüməsi səbəbiylə baş tutur.

Gecənin ortasında diş ağrısı yarandıqda və ya həkimə gedə bilmədikdə, tez bir həllə ehtiyacınız olduğunu düşünürsünüz. Ağrı kəsicilərin və dərmanların təsirsiz olduğu diş ağrısı üçün təbii həllər aşağıdakılardır:

Diş ağrısını aradan qaldırmaq üçün tövsiyə edilən və ən təsirli üsul kiçik bir qazana 1 stəkan sirkə, 1 xörək qaşığı soda və 1 çay qaşığı duz əlavə edib, qarışığı ilıq olana qədər qızdırmaqdır. Qızdırdığınız qarışığı ilıq südün istiliyinə qədər qarqara etdikdə diş ağrısının 5 dəqiqəyə keçdiyini görəcəksiniz. Ağız boşluğunu təmizləyən və infeksiyanı yox edən bu qarışıqla diş ağrısına son verə bilərsiniz.

Diş ağrısını buzla aradan qaldırmaq üçün buzu parçaya büküb dişin ağrıyan yerinə çəkə bilərsiniz. Təbii antibiotik olan sarımsaq iltihab və infeksiya səbəbiylə ağrıyan və çürüyən dişlərə qarşı da məhlul olaraq istifadə edilə bilər. Bu üsuldan istifadə etmək üçün dişin ağrıyan yerində sarımsağı dişləyib gözləmək kömək edəcək. Bir az qoxuya səbəb olsa da, ağrı qısa müddətdə keçir.

Digər bir üsul isə çay paketini dişin üzərinə qoymaq:

Bu üsulla diş ağrısını bir neçə dəqiqəyə kəsmək mümkündür.

Sağlam üsullardan olan çay paketləri ilə diş ağrısını aradan qaldırmaq üçün bir paket çayı isitdikdən sonra dişinizin ağrıyan yerinə qoyun və 5 dəqiqə orada saxlayın. Bu üsul olduqca təsirli olacaq.

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv