Çanaqqala boğazında nizəsiz tüfənglə 10 metr dərinliyə dalan keçmiş milli dalğıc Ozan Önen 180 sm uzunluğunda 100 kiloqramdan yuxarı tuna balığını tutub.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, nəfəs kəsən ov anını sualtı kamera ilə lentə alan Önen, təxminən 45 dəqiqə tuna ilə mübarizə apardığını bildirib.
Tuna balığının sonradan gücünü itirdiyini bildirən Ozan Önen, “30 ildir ki, nizə ovlamaqla maraqlanıram. Milli komanda səviyyəsinə yüksəldim. Ölkəmizi xaricdə təmsil etmişəm. Hal-hazırda işim bitəndə dənizə gedirəm. Bir neçə gün əvvəl 100 kilodan çox balıq tutmaq mənə qismət oldu. Əvvəllər 100 kilodan yuxarı 2 balıq tutmuşdum” deyə bildirib.
Manşet.az