"Dünyada 100 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb" - BMT

20:51 - 20 İyun 2023

\"Dünyada 100 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb\" - BMT

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş 100 milyondan çox insanın münaqişələr, təqiblər, aclıq və iqlim dəyişikliyi səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığını açıqlayıb.

 

Manset.az xəbər verir ki, “Ümumdünya Qaçqınlar Günü” münasibətilə videomüraciətdə Quterreş BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) dövründə qaçqınların çətinliklərə qarşı müqavimətini müşahidə etmək fürsəti tapdığını və bundan ilhamlandığını söyləyib. O bildirib ki, qaçqınların dəstək və həmrəyliyə ehtiyacı var.
  
BMT rəsmisi bildirib ki, münaqişələr, təqiblər, aclıq və iqlim dəyişikliyi səbəbindən milyonlarla insan öz evlərini tərk etmək məcburiyyətində qalıb:

"Bu, sadəcə səhifədə görünən rəqəm deyil. Ancaq qeyri-rəsmi rəqəmlərə baxsaq, görərik ki, bu daha çoxdur. 

Ümumdünya Qaçqınlar Gününün hər kəsə qaçqınları dəstəkləmək və qorumaq öhdəliklərini xatırlatması lazım olduğunu vurğulayan Quterreş qaçqınların təhlükəsiz şəkildə evlərinə qayıtmaları üçün güclü siyasi iradə tələb olunduğunu bildirib.

"Biz qaçqınları qəbul edən ölkələrə daha çox beynəlxalq dəstək verməliyik", - Quterreş sonda  bildirib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az