Uşağını almağa gələn anaya bıçaqlı hücum oldu – VİDEO

12:59 - 21 İyun 2023

Uşağını almağa gələn anaya bıçaqlı hücum oldu – VİDEO

Bursaya uşağını almağa gələn ana və vəkillərinə bıçaqla hücum olub.

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmənin qərarından sonra ana K.E qohumu A.K, vəkilləri Aleyna Kübra Kanalcı və həyat yoldaşı Məhərrəm Kanalcı ilə müttəhim olduğu övladının atasının ünvanına gedib.

Uşağı götürüb yenidən maşına minən ana, yaxınları və vəkilləri bir müddət sonra hücuma məruz qalıb.

Daşlı bıçaqla edilən hücum avtomobilin içindən cib telefonu ilə lentə alınıb.

Uşağı qaçırma və saxlama, vəzifə borcunu yerinə yetirməməyə müqavimət göstərmə cinayətləri ilə bağlı istintaq başladılıb, şübhəlilər barəsində həbs-qətimkan tədbiri seçilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az