ABŞ prezidenti Co Bayden prezident Si Cinpinin “diktator” olduğunu eyham etdikdən sonra Çin bu abreviaturanı “absurd və məsuliyyətsiz” adlandırıb.
Manset.az "Trt Haber"-ə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, bu şərhlər tamamilə faktlarla ziddiyyət təşkil edir və diplomatik protokolu ciddi şəkildə pozur. Həmçinin, bunun Çinin siyasi reputasiyasına ciddi zərbə vurulduğu qeyd olunub.
Çinin bu şərhlərə şiddətlə qarşı olduğunu və vəziyyətdən narazı olduğunu bildirən Mao bildirib ki, bu, açıq-aşkar siyasi təxribatdır.
"ABŞ-ın bəyanatları son dərəcə absurd və məsuliyyətsizdir. ABŞ faktları təhrif edir və öz gücündən istifadə edərək tiranlıq və hegemonluq tərəfini üzə çıxararaq hadisəni şişirdib
Qeyd edək ki, Co Bayden xarici işlər naziri Antoni Blinkenin Çinə səfəri zamanı “yaxşı iş” etdiyini bildirsə də, digər tərəfdən münasibətlərin yaxşılaşması üçün vaxt lazım olduğunu qeyd edib.
Xatırladaq ki, Blinken keçən həftə Çinə iki günlük rəsmi səfəri çərçivəsində həmkarı Çina Qanq ilə görüşüb.Həmçinin, Entoni Blinken prezident Bayden 2021-ci ilin əvvəlində vəzifəyə gələndən bəri Pekinə səfər edən ən yüksək səviyyəli Amerika rəsmisi olub.
Jalə
Manşet.az