Heyvanların qanında tapılır: Əvvəlcə qaraciyərində, sonra böyrəklərində...

19:57 - 21 İyun 2023

Heyvanların qanında tapılır: Əvvəlcə qaraciyərində, sonra böyrəklərində...

ABŞ-ın Şimali Karolina Dövlət Universitetinin alimləri itlərdən və atlardan alınan qan nümunələrində "sonsuz kimyəvi maddələr" kimi tanınan perfluoroalkil və poliftoralkil maddələri (PFAS) aşkar ediblər.

 

Manset.az xəbər verir ki, Şimali Karolinada aparılan araşdırmada 31 it və 32 atın qanında PFAS səviyyəsi yoxlanılıb.

Alimlər qan nümunələrində 20 növ PFAS-dan 12-ni və 33 PFAS birləşməsindən 20-ni tapdılar. Yəni, sınaqdan keçirilmiş bütün heyvanların qanında PFAS olduğu müəyyən olunub. Bundan əlavə, su ilə qidalanan heyvanların qanında da sonsuz kimyəvi maddələrin olduğu müəyyən edilib.

Beləliklə, test edilmiş heyvanlarda PFAS birləşmələri ilə əlaqəli qaraciyər və böyrək problemləri müşahidə edilib.

Araşdırmaçı Skott Belçer ev heyvanlarında müşahidə edilən kimyəvi maddələrin uşaqlara da təsir etməsindən narahat olduğunu bildirib. 

Qeyd edək ki, araşdırmanın nəticələri “Environmental Science and Technology” jurnalında dərc olunub. Məqalədə qeyd olunub ki, insanlarda PFAS birləşmələri böyrək xərçəngi, testis xərçəngi, tiroid və digər xəstəliklərə səbəb olur.

Minlərlə çeşiddə rast gəlinən PFAS birləşmələrinə sənaye tullantılarında, bəzi yanğınsöndürmə köpüklərində və müxtəlif məişət əşyalarında rast gəlinir.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az