Dağıstanda dəhşətli qəza - 9 nəfər öldü

22:04 - 21 İyun 2023

Dağıstanda dəhşətli qəza - 9 nəfər öldü

Dağıstanın Kavkaz şossesində avtobus, minik avtomobili və yük maşınının iştirakı ilə qəza baş verib.

 

Manset.az “İnterfaks”a istinadən xəbər verir ki, respublikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 8 nəfər ölüb, 8 nəfər yaralanıb.

Teleqram kanalları isə 9 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirir.

Respublika Fövqəladə Hallar Nazirliyinin ilkin məlumatına görə, avtobusda 25 nəfər olub. Yaralılar xəstəxanalara çatdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az