Kiyevdə PARTLAYIŞ: Ölən və yaralananlar var

08:10 - 22 İyun 2023

Kiyevdə PARTLAYIŞ: Ölən və yaralananlar var

Ukraynanın paytaxtı Kiyevdə çoxmərtəbəli binada qaz partlayışı baş verib, bir nəfər ölüb, iki nəfər yaralanıb.

Manset.az  xəbər verir ki, bu barədə "RBC-Ukraina" Kiyev meri Vitali Kliçkonun teleqramına istinadən məlumat yayıb.

"Partlayışın Desnyansk rayonunda qeydə alınıb. Dağıntılar altından bir nəfərin meyiti tapılıb. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir”, - Kliçko bildirib.

Fövqəladə Hallar Dövlət Xidmətindən verilən məlumata görə, 16 mərtəbəli binada qazın partlaması nəticəsində 4 mənzil dağılıb, 6 mənzilə isə ziyan dəyib. 18 nəfər xilas edilib. Fəsadların aradan qaldırılmasına 70 nəfər və 13 texnika cəlb olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az