Moskva hava limanlarında uçuşlar kütləvi şəkildə ləğv edildi

12:26 - 22 İyun 2023

Moskva hava limanlarında uçuşlar kütləvi şəkildə ləğv edildi

Rusiya paytaxtı Moskvanın üç hava limanında 29 reys təxirə salınıb və ləğv edilib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat “Yandeks.Raspisaniya” xidmətinin göstəricilərində əks olunub.

Belə ki, Domodedovoda 10 təyyarə reysi təxirə salınıb, dördü isə ləğv edilib. Şeremetyevoda iki sərnişin laynerinin uçuşu ləngidilib. Vnukovoda yeddi reys təxirə salınıb, altısı ləğv edilib.

Paytaxtın hava limanlarında təyyarələrin uçuş vaxtının kütləvi şəkildə dəyişdirilməsinin səbəbi barədə isə açıqlama verilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az