ABŞ-ın keçmiş konqresmeni 2024-cü ildə prezident seçkilərinə qatılacaq

18:44 - 22 İyun 2023

ABŞ-ın keçmiş konqresmeni 2024-cü ildə prezident seçkilərinə qatılacaq

ABŞ-ın keçmiş konqresmeni Vill Hurd 2024-cü ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini irəli sürdüyünü açıqlayıb.

 

Manset.az Haber Global-a istinadən xəbər verir ki, Hurd iştirak etdiyi televiziya şousunda gələn il keçiriləcək prezident seçkilərində iştirak etmək üçün Federal Seçki Komissiyasına rəsmi müraciət etdiyini bildirib.

Tvitterdə paylaşdığı videomüraciətdə Hurd hazırkı prezident Co Baydenin ABŞ-ın problemlərini həll edə bilməyəcəyini mdeyib. O. “qanunsuz, eqoist, uğursuz siyasətçi” kimi xarakterizə etdiyi Donald Trampın seçkilərdə Baydenə qalib gələcəyini bildirib.

Qeyd edək ki, MKİ-nin keçmiş əməkdaşı, Texas siyasətçisi Hurd 2015-2021-ci illərdə ABŞ Nümayəndələr Palatasının üzvü olub.

Demokratlar Partiyasından ABŞ prezidenti Co Bayden, keçmiş ABŞ prezidenti Con Kennedinin qardaşı oğlu Robert F.Kennedi Jr. və yazıçı Marianne Villiamson namizədliyini rəsmən elan edib.

Amerikalı akademik və fəal Kornel Uest də Xalq Partiyasından seçkilərə qatıldığını açıqlayıb.

Jalə

Manset.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az