Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları İstanbulda böyük terror aktı törətməyi planlaşdıran əcnəbini həbs edib.
Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə "Milliyet" qəzeti məlumat yayıb.
Saxlanılan şəxsin hansı dövlətin vətəndaşı olduğu açıqlanmayıb. Ondan silah və bombanın hazırlanmasında istifadə edilən maddələr müsadirə edilib.
Saxlanılan şəxsin İŞİD-lə əlaqəli olduğu da bildirilir.