Türkiyəli məşhur aktyor qəzaya düşdü - ANBAAN VİDEO

16:27 - 23 İyun 2023

Türkiyəli məşhur aktyor qəzaya düşdü - ANBAAN VİDEO

Türkiyənin məşhur aktyoru Görkem Sevindik qəzaya düşüb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə İstanbulun Beşiktaş rayonunun Bebek ərazisində baş verib.

36 yaşlı Sevindik motosikletlə hərəkətdə olarkən park edilmiş avtomobildən düşən qadının qəfildən qapını açması ilə qəza törədib.

Motosikletini qəza yerində qoyan aktyor daha sonra dostuna zəng edərək xəstəxanaya gedib.

"Allah qorudu. Daha sürətli getsəydim, hər şey başqa cür ola bilərdi. Əlim sınıb, gipsə salıblar", - aktyor bildirib.

Qeyd edək ki, Görkem Sevindik son olaraq "Ateş Kuşları" serialında rol alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az