Adananın Çukurova rayonunda meşəlik ərazidə yanğın baş verib.
Manset.az xəbər verir ki, yanğın yerli saatla 16.30 radələrində rayonun Dörtler məhəlləsindəki meşəlik ərazidə baş verib. Hələlik yanğının hansı səbəbdən baş verməsi məlum deyil.
Qeyd edək ki, havadan və qurudan müdaxilə edilən yanğının söndürülməsi üçün səylər davam edir.
Yanğınla bağlı araşdırmalara başlanılıb.
Jalə
Manşet.az