Rusiyanın “Vaqner” təhlükəsizlik şirkətinin qurucusu Yevgeni Priqojin “Telegram” kanalında paylaşdığı videoda Ukraynadakı müharibə ilə bağlı “Müharibə ancaq “bir ovuc məxluq”un qələbəsi və təbliği üçün lazım idi” deyib.
Manset.az xəbər verir ki, Vaqnerin qurucusu Priqojin Ukraynada davam edən müharibə ilə bağlı təəccüblü açıqlamaları ilə diqqət çəkib.
Rusiyanın “Vaqner” təhlükəsizlik şirkətinin təsisçisi Yevgeni Priqojin deyib ki, Ukraynada müharibə Rusiya müdafiə naziri Sergey Şoyqu ilə “ölkəni faktiki idarə edən oliqarxlar” üçün lazımdır, deyib.
Rus ordusunun Zaporojya və Xerson istiqamətində geri çəkildiyini, Ukrayna ordusunun rus ordusunu dəf etdiyini bildirən Priqojin, "İdarə olmadığı üçün hərbi uğur yoxdur. 60 Leopard, 3000 düşmən əsgəri məhv edilib" ifadələrini gün boyu eşidirik. Bunların hamısı cəfəngiyyatdır.
Priqojin bəyan edib ki, Rusiya hakimiyyətinin dediklərinin əksinə, Ukrayna Donbası bombalamayıb, yalnız mövqelərə atəş açıb.
Priqojin Rusiyanın müdafiə naziri Sergey Şoyqunu da müharibəyə görə tənqid edib: “Müharibə yalnız “bir ovuc məxluqun” qələbəsi və təbliği üçün lazım idi.
Müdafiə nazirinə marşal rütbəsi və Rusiya Qəhrəmanı adının ikinci ulduzunun verilməsi haqqında sərəncam artıq hazırlanıb.
Priqojin əlavə edib ki, Ukrayna müharibəsi “Rusiyanı faktiki idarə edən oliqarxlar” üçün də lazımdır.
Jalə
Manşet.az