“Rostov şəhərinə giriş-çıxışı bağlayırıq və Moskvaya doğru irəliləyirik”.
Manset.az xəbər verir ki, bunu “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin bildirib.
06:18
Rostovda Rusiya ordusu ilə “Vaqner” arasında ilk toqquşma olduğu iddia edilən kadrlar yayılıb.
Manset.az xəbər verir ki, bu barədə sosial şəbəkənin Rusiya seqmentində paylaşımlar edilib.
Bundan əlavə “Vaqner” rəhbəri Yevgeni Priqojin daha bir açıqlama verib. Yevgeni Priqojinin sözlərinə görə, onlara atəş açan Rusiya ordusuna məxsus zərbə helikopteri məhv edilib.
05:12
“Bu dəqiqələrdə Baş Qərargah rəisi “Vaqner” üzvlərinin kolonlarına aviasiya zərbələri endirməyi əmr edib”.
Manset.az xəbər verir ki, bu barədə “Vaqner”in rəhbəri Yevgeni Priqojinin sosial şəbəkədəki müraciətində qeyd olunub.
“Pilotlar bu əmri yerinə yetirməkdən imtina ediblər”, - deyə o qeyd edib.
03:20
“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin yeni səsyazısı yayılıb.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin Rusiya seqmentində paylaşımlar edilir.
“Bizim bölmələrimiz bütün istiqamətlərdə Rusiyanın dövlət sərhədini keçiblər. Biz Rostova gəlirik. Qarşımızda duracaq hər şeyi məhv edəcəyik. İrəli gedirik, sona qədər”, - deyə səsyazısında qeyd olunur.