Krımda “Vaqner”ə işə qəbulla bağlı reklam bannerləri sökülür - VİDEO

12:44 - 24 İyun 2023

Krımda “Vaqner”ə işə qəbulla bağlı reklam bannerləri sökülür - VİDEO

Rusiyanın nəzarətində olan Krımda “Vaqner” özəl hərbi şirkətinə işə qəbul olunmaqla bağlı reklam bannerləri sökülməyə başlayıb.

 

Manset.az xəbər verir ki, bunun təsdiq edən görüntülər Rusiyanın “Telegram” kanallarında yayımlanıb.

Xatırladaq ki, bu gün gecə saatlarından etibarən “Vaqner” özəl hərbi şirkəti Rusiya Silahlı Qüvvələrinə qarşı qiyam qaldırdıqlarını bəyan ediblər.

“Vaqner”in rəhbəri Yevgeni Priqojin bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov saxlanılıb hərbi məhkəmə qarşısına çıxarılmayınca onlar silahı yerə qoymayacaqlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az