"Vaqner"çilər Rusiya Müdafiə Nazirliyinin üçüncü helikopterini vurub.
Manset.az xəbər verir ki, bu barədə Rusiyanın hərbi xəbərlər üzrə ixtisaslaşmış "Fighterbomber" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, "Vaqner" özəl hərbi dəstəsi Mi-35 helikoperini məhv edib. Ekipaj üzvləri sağdır.
Məlumata görə, "Vaqner" karvanı M4 şossesində mülki avtomobillərlə qarışıq hərəkət etdiyi üçün helikopterlər rahat şəkildə işləyə bilmir.
Hazırda avtomobil yolu bağlıdır.