Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyada baş verən hadisələri ölkənin daxili işi adlandırıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
“Tokayev qeyd edib ki, baş verən hadisələr Rusiyanın daxili işidir. Konstitusiya quruluşu və qanunun aliliyi ölkədə qanunun və asayişin qorunması üçün zəruri şərtdir. Bu, cəmiyyətin təhlükəsizliyinin və onun uğurlu inkişafının əsasıdır”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Tokayevlə telefon danışığı aparıb və ona ölkədəki vəziyyət barədə məlumat verib.