Avropa İttifaqı Rusiyaya qarşı 11-ci sanksiyanı açıqladı

18:47 - 24 İyun 2023

Avropa İttifaqı Rusiyaya qarşı 11-ci sanksiyanı açıqladı

Avropa İttifaqı Rusiyaya qarşı 11-ci sanksiyanı açıqlayıb.

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurasının təsdiqindən sonra Aİ Komissiyası Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin təfərrüatlarını açıqlayıb.

Yazılı açıqlamada, “Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə hərbi və sənaye kompleksinə birbaşa dəstək verənlər siyahısına 87 yeni birləşmə əlavə edilib. Bunlar ikili istifadəli və yüksək keyfiyyətli məhsullar üçün daha sərt ixrac məhdudiyyətlərinə tabedir.

Ticarət və nəqliyyat sanksiyalarına əlavə olaraq, boru kəməri ilə Rusiya neftinin Almaniya və Polşaya idxalı dayandırılıb.

Rusiyaya dəstək verən, birgə işləyən və Ukraynaya qarşı fəaliyyət göstərən 100-ə yaxın şəxs və təşkilat sanksiya siyahısına əlavə edilib.

Rusiyada yerləşən və ya onları dəstəkləyən 5 yeni media sanksiya dairəsinə daxil edilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az