“Vaqner” Rostovdakı qərargahını belə tərk edir - FOTOLAR + Yenilənib

08:45 - 25 İyun 2023

“Vaqner” Rostovdakı qərargahını belə tərk edir - FOTOLAR + Yenilənib

“Vaqner” Xüsusi Hərbi Şirkətinin hərbçiləri Rostov-Donu tərk etməyə başlayıblar.

Manset.az  "RİA Novosti"yə istinadən xəbər verir ki, Cənub Hərbi Dairəsinin qərargahı yaxınlığında onların tankları toplanır.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb. Priqojin Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.

***

“Vaqner” silahlı qruplaşması Rostov-Donu tərk edərək öz səhra düşərgələrinə yollanıblar.

Manset.az  xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev teleqram kanalında yazıb.

"Mən bu fövqəladə şəraitdə bütün Rostov vilayətində həyatı təmin edən hər kəsə minnətdaram", - deyə qubernator qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az