“Fənərbaxça”nın və Türkiyə futbolunun gələcəyi kimi görünən Arda Gülərin komandada qalıb-qalmayacağı hələlik bəlli deyil.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliya təmsilçisinin gənc ulduzla görüşmək üçün sarı-göylü komandaya icazə məktubu göndərdiyi öyrənilib.
18 yaşlı ulduzla Premyer Liqanın "Mançester Siti" və "Nyukasl Yunayted", A Seriyasının "Napoli" və Milan Erediviziyanın "Ayaks" və Bundesliqanın "Borussiya Dortmund" klublarının maraqlandığı iddia edilir.
Manşet.az