Rusiya bir günlük qiyam zamanı rekord sayda itki verdi

12:10 - 25 İyun 2023

Rusiya bir günlük qiyam zamanı rekord sayda itki verdi

Bir günlük qiyam zamanı rus qoşunları 9 texnika itirib.

 

Manset.az Bakupost.az-ə istinadən xəbər verir ki, bu barədə Hollandiyanın OSINT layihəsi Oryx-in hesabatında bildirilir.

Qeyd olunur ki, qiyam zamanı bir İl-22M təyyarə-komanda məntəqəsi və altı helikopter vurulub:

"Belə ki, bir Mi-8 helikopteri, üç Mi-8MTPR-1 elektron müharibə helikopteri, bir Mi-35M hücum helikopteri və bir Ka-52 Alligator helikopteri vurulub. Bundan əlavə, minadan və pusqudan qoruyan “KAMAZ-435029 Patrul-A” markalı avtomobil və “Tiqr-M” zirehli maşını ələ keçirilib.

"Vaqner"in itkilərinə gəlincə, hələlik pulemyotu quraşdırılmış UAZ-23632-148-64 pikap maşınının vurulduğu məlumdur".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az