“Vaqner” qüvvələri Voroneji tərk edirlər - VİDEO

12:52 - 25 İyun 2023

“Vaqner” qüvvələri Voroneji tərk edirlər - VİDEO

Səhər saatlarından etibarən “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri Rusiyanın Voronej vilayətini tərk edir.

 

Manset.az xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.

Kadrlarda təşkilatın bayrağı olan maşınların “Don” şosesində hərəkəti görünür.

Bundan əlavə “Vaqner” qüvvələri Lipetsk bölgəsini də tərk ediblər.

Regional hökumətdən verilən məlumata görə, hər iki vilayətdə şəhərlərarası avtobusların fəaliyyəti bərpa edilib.

Ötən gecə “Vaqner”in rəhbəri Yevgeni Priqojin və döyüşçülərinin Rostovu tərk etdiyi barədə kadrlar yayılmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az