Şəkər çılğınlığı baş verəndə dərhal şokolad yemək, edə biləcəyiniz ən zərərli şeylərdən biridir.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssilər bildirib ki, belə şirin istəklər yarandıqda ilk növbədə şirin qidalara alternativ olacaq təbii məhsullar nəzərə alınmalıdır.
Beynimiz müəyyən vəziyyətlərdə bizə siqnallar göndərir. Şirniyyat istəkləri də bu siqnalların nəticəsidir. Bədənimiz şəkərə ehtiyac duyduqda, biz şirin bir şey istəyirik. Belə hallarda ağıla ilk gələn şokolad və ya tort kimi şirniyyatlardır və edilməsi lazım olan bu şirin istəyi daha sağlam meyvə və qidalarla təmin etməkdir.
Həkimlər kökəlmədən əziyyət çəkənlərə şəkərli və sağlam alternativləri açıqlayıb:
Darçın insulin səviyyəsini tarazlaşdırmağa kömək edən bir qidadır. İnsulin səviyyəsi azaldıqda, vücudunuz şəkərli bir şeyə can atmağa başlayır. Bu zaman edə biləcəyiniz şey içkinizə darçın tozunu əlavə etmək və ya darçın çubuqları və 2 mixək suda qaynadıb çay şəklində içməkdir.
Fındıq və fıstıq yağı çox şirin qidalardır. Lakin bu məcunları təbii yolla hazırlanmış şəkəri az olanlardan seçmək lazımdır. Yağı az və şəkəri az olan fındıq yağları ilə həm ləzzətli nahar edə, həm də şəkərə olan ehtiyacınızı yatıra bilərsiniz.
Cəmi 5-6 xurma qəbul etməklə orqanizmin gündəlik ehtiyac duyduğu şəkər miqdarını qarşılamaq mümkündür.
Yaşıl alma həm digər almalardan daha sağlamdır, həm də daha çox şəkər ehtiva edir. Tərkibindəki təbii şəkər turşuları sayəsində yaşıl alma yedikdə bədənin gündəlik şəkər ehtiyacını ödəyəcək.
Eyni zamanda yaşıl alma kollagenin istehsalını dəstəkləyərək dərinin gənc qalmasına kömək edir.
Manşet.az