Tokatın Altıyüzevler məhəlləsində Vali Ayhan Çevik küçəsində ağaca yuva salan qarğa məhəllə sakinlərinin kabusuna çevrilib.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, küçədən keçən vətəndaşlara və mağaza sahiblərinə hücum edən qarğa son günlər aqressiv rəftarlar sərgiləməsi ilə diqqət çəkib.
Vəziyyəti araşdıran məhəllə sakinləri qarğanın balalarının olduğunu anlayıb. Hücumlardan çarəsiz qalan mağaza sahibləri ağacın ətrafından keçərkən başlarını ağac budaqları ilə qorumalı olurlar.
Qarğanın hücumu nəticəsində yaralananlar da olub.
Manşet.az