"Fənərbaxça"nın keçmiş prezidenti Əziz Yıldırım açıqlama verib.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, "Fənərbaxça"nın keçmiş prezidentlərindən Əziz Yıldırım sarı-göylülər idarə heyətinin sədri Uğur Dündarın özü haqqında işlətdiyi ifadələrə cavab olaraq açıqlama verib.
“Əvvəla qeyd edək ki, Uğur Dündarın oturduğu kabinet onun “Fənərbaxça” prezidentinə çətinlik yarada biləcəyi yer deyil, o ofis bu cür şər işlərə alət olunmayacaq qədər qiymətli və müqəddəsdir. Hələ o kürsünün qədrini və ağırlığını qavramayan Uğur Dündarın mənim izahatlarımla heç bir əlaqəsi olmayan bu uşaq iddiası həm “Fənərbaxça” prezidentinə, həm də YSK üzvlərinə təhqirdir. Təəssüf ki, sözügedən jurnalist bu sətirləri ilə sübut etdi ki, mənim mətbuat konfransımdan lazımi payı ala bilməyib”.
Manşet.az