Türkiyənin ən yeni PUA-sı DELİ sınağı uğurla tamamladı - FOTO

14:40 - 25 İyun 2023

Türkiyənin ən yeni PUA-sı DELİ sınağı uğurla tamamladı - FOTO

Türk müdafiə sənayesi çərçivəsində hazırlanan kamikadze pilotsuz uçuş aparatı (PUA) DELİ sınaqlardan uğurla keçib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, təxminən 1,5 il əvvəl “Titra Teknoloji” şirkətinin təşəbbüsü ilə həyata keçirilən "MAD Taktik Kamikaze Sistemi Layihəsi" son mərhələyə çatıb.

TÜBİTAK SAGE (Türkiyənin Müdafiə Sənayesinin Tədqiqat və İnkişaf İnstitutunun qısaldılmış adı), DELI Taktik Kamikaze Sistemi üçün yüksək zərbə radiusuna malik döyüş başlığı istehsal edib.

Avtonom və əl ilə işləmə qabiliyyətinə malik olan DELİ modul quruluşu ilə asanlıqla daşına bilir və 15 dəqiqədən az müddətdə istifadəyə hazır olur.

DELİ saatda 80 kilometr hərəkət edir, maksimum sürəti isə 180 kilometrə çata bilir. Deli maksimum 3500 metr, əməliyyat hündürlüyü isə 150-500 metr olan döyüş meydanına girməyə hazırlaşır.

Testlərdə ilk yüksəlişdə elan edilən 3,1 kiloqram əvəzinə 3,8 kiloqramlıq daha böyük döyüş başlığı istifadə edilib və hədəflər uğurla vurulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az