Qum fırtınası nəticəsində 330 adam xəstəxanaya yerləşdirildi.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, Sistan-Bəlucistan Böhran İdarəetmə İdarəsinin baş direktoru Məcid Mohibbi məsələ ilə bağlı açıqlama verib.
Mohibbi, vilayətin Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində toz fırtınasından son üç gündə 330 nəfərin xəstəxana və tibb mərkəzlərinə müraciət etdiyini bildirib.
Xəstəxanalara aparılan 273 nəfərin evə buraxıldığını qeyd edən Mohibbi, 57 nəfərin müalicəsinin davam etdiyini bildirib.
Manşet.az