Ukrayna ordusu Donetskdə əks-hücuma keçib ilk yaşayış məntəqəsini azad etdi

16:58 - 26 İyun 2023

Ukrayna ordusu Donetskdə əks-hücuma keçib ilk yaşayış məntəqəsini azad etdi

Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altında olan Donetsk vilayətində ilk yaşayış məntəqəsini azad edib.

 

 Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqramda yazıb.

O bildirib ki, Volnovaxa rayonunda yerləşən Rivnopol kəndi artıq Ukrayna ordusunun nəzarəti altındadır.

Xatırladaq ki, ötən gün Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində əks-hücum əməliyyatına başladığını elan etmişdi. Rusiya Müdafiə Nazirliyi yaydığı məlumatda əks-hücum iddiasını doğrulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az