Rusiya prezidenti Putin Vaqner qrupunun üsyanından sonra ilk dəfə danışıb.
Manset.az xəbər verir ki, Putin çıxışı zamanı Vaqner lideri Yevgeni Priqojinin adını çəkməməsi diqqət çəkib.
Üsyandan sonra ilk dəfə kameralar qarşısına keçən Putin “Gələcəyin Mühəndisləri” adlı toplantıda etdiyi çıxışda şirkətləri ciddi çətinliklər qarşısında ölkə sənayesinin stabil işləməsini təmin etdikləri üçün tərifləyib.
Putinin “Vaqner”in lideri Yevgeni Priqojinin qoşunlarını geri çəkib Belarusa köçməyə razılıq verməsi barədə razılaşmadan bəhs etməməsi bir çoxları üçün maraqlı doğurub.
Jalə
Manşet.az