Priqojinin təyyarəsi Belarusda eniş edib

10:41 - 27 İyun 2023

Priqojinin təyyarəsi Belarusda eniş edib

“Vaqner” Xüsusi Hərbi Şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsi Belarusun hərbi aerodromlarından birinə eniş edib.

 

Manset.az “report”a istinadən xəbər verir ki, bu barədə “Belaruski Qayun” monitorinq qrupu məlumat yayıb.

Qeyd edilib ki, Yevgeni Priqojinin biznes-jeti bu gün saat 07:40-da Minsk yaxınlığındakı Maçulişi hərbi aerodromuna eniş edib.

Bildirilib ki, Rusiyadan daha bir biznes-jet saat 07:58-də gəlib.

Xatırladaq ki, daha əvvəl ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Mark Uorner Priqojinin Minskdə olmasdı barədə məlumata sahib olduğunu bildirmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az