Rusiyada silahlı qiyamla bağlı cinayət işinə xitam verildi

13:45 - 27 İyun 2023

Rusiyada silahlı qiyamla bağlı cinayət işinə xitam verildi

İyunun 23-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin “Vaqner” özəl hərbi şirkətin silahlı qiyamı ilə bağlı başlatdığı istintaqa cinayət əməllərinin dayandırılması ilə əlaqədar xitam verilib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Xatırladaq ki, iyunun 23-də “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.

Bundan sonra Rusiya FTX Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. İyunun 24-ü Belarus Prezidenti Aleksandr Lukaşenko Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az