“Vaqner” döyüşçülərindən qorxacaq heç nə yoxdur, onların döyüş təcrübəsi, əgər “Vaqner” komandirləri ölkəyə gəlsələr, Belarus üçün faydalı olacaq.
Manset.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko müdafiə naziri Viktor Xreninin hesabatını qəbul edərkən bildirib.
“İndi çox söz- söhbət var: “Vaqner”, “Vaqner”, “Vaqner”... İnsanlar bu məsələdə praqmatik olduğumuzu anlamır. Onların komandirləri gəlib bizə kömək etsə... Baxın, onlar ön cəbhədədirlər, hücum dəstələridir. Bizə indi nəyin vacib olduğunu deyin. Putin mənə sonuncu dəfə dedi: əks-batareya döyüşü, bunsuz mümkün deyil. Dronlar… Onlar bu döyüşlərdən keçdilər. Onlar sizə silahlar haqqında danışacaqlar: hansı yaxşı işləyirdi, hansı isə yox; və taktika və silahlardan, necə hücum etmək, necə müdafiə olunmaqdan bəhs edəcəklər. Bu qiymətsizdir. Vaqnerçilərdən öyrənməli olduğumuz budur”, - Lukaşenka deyib.
Qeyd edək ki, “Vaqner” hərbi şirkətinin Belarusa yerləşəcəyi, onlar üçün hətta bazalar tikildiyi barədə məlumatlar yayılmışdı.