ABŞ-dakı rus diplomatlar ölkədən çıxarılır

19:55 - 27 İyun 2023

ABŞ-dakı rus diplomatlar ölkədən çıxarılır

ABŞ-dakı rus diplomatlar xüsusi təyyarə ilə Moskvaya aparılacaq.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bir sıra informasiya resursları ABŞ-a uçan Rusiya təyyarəsi ilə bağlı həyəcanlanıb. Sensasiya yoxdur. Təyyarə ABŞ hakimiyyəti tərəfindən üç illik qalma müddətinin başa çatması ilə əlaqədar ölkəni tərk etmək əmri verilmiş rusiyalı diplomatları çıxaracaq”, - deyə Zaxarova "Telegram" kanalında yazıb .

O qeyd edib ki, çıxarılan diplomatlar Rusiyanın xarici qurumlarına tətbiq edilən məhdudiyyətlərə görə ölkəni tərk etməyə məcburiyyətində qalıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az