Qarabağda 5 erməni terrorçu məhv edildi - YENİLƏNDİ

10:01 - 28 İyun 2023

Qarabağda 5 erməni terrorçu məhv edildi - YENİLƏNDİ

Qarabağda təxribat törədən daha 1 erməni məhv edilib.

 

Manset.az xəbər verir ki, bununda da Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində məhv edilən düşmən sayı 5-ə çatıb.

***

Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin 4 üzvü öldürülüb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusu qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətində mövqelərinə zərbələr endirib.

Nəticədə 4 terrorçu məhv edilib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə məlumat yayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az