Rusiya Ukraynaya raket zərbəsi endirib - Ölənlər var

10:24 - 28 İyun 2023

Rusiya Ukraynaya raket zərbəsi endirib - Ölənlər var

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə raket zərbəsi endirib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə UNİAN nəşri məlumat yayıb.

Nəticədə 4 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.

Ukrayna daxili işlər naziri İqor Klimenko bildirib ki, Kramatorska iki raket zərbəsi endirilib:

"Rusiya insanların sıx toplaşdığı yerləri hədəfə alıb. İctimai iaşə obyektinin binalarına və bir neçə fərdi evə ziyan dəyib”.

Nazir vurğulayıb ki, dağıntılar altında insanlar ola bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az