ABŞ Ukraynaya ATACMS raketləri verəcək

23:01 - 29 İyun 2023

ABŞ Ukraynaya ATACMS raketləri verəcək

ABŞ 300 km-dən çox mənzilli ATACMS raket sistemlərini Ukraynaya verəcək.

 

Manset.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Nəşr ABŞ, Avropa və Ukrayna rəsmilərinə istinadən qeyd edib ki, qərar "ən yüksək səviyyədə" təsdiqini gözləyir.

Mənbələr iddia edirlər ki, Ukrayna ATACMS-in ötürülməsi ilə bağlı ABŞ-dan müsbət siqnallar alıb. Qeyd olunur ki, Vaşinqton tədarükləri “yaxın həftələrdə” elan etməyi planlaşdırır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az