Ərdoğan Berdiməhəmmədovla danışdı

23:40 - 30 İyun 2023

Ərdoğan Berdiməhəmmədovla danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov arasında telefon danışığı baş tutub.

 

Manset.az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Görüş zamanı, Türkiyə ilə Türkmənistan arasında dostluq münasibətlərinin daha da dərinləşdirilməsi yolları, regional proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, bugün Türkiyənin ilk yerli istehsalı olan iki ədəd ağ rəngli elektrikli avtomobili TOGG Türkmənistan Respublikasının Prezidenti Serdar Berdiməhəmmədova təqdim edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az