İndoneziyanın Yava adasında Rixter cədvəli üzrə 6,4 maqnitudada zəlzələ baş verib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Şurası məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar nəticəsində bir nəfər ölüb, 10 nəfər isə xəsarət alıb.
Zəlzələ Yoqyakarta bölgəsində və Mərkəzi Yava əyalətində yüzlərlə evə, ofisə, tibb və təhsil müəssisəsinə ziyan vurub.
25 km dərinlikdə qeydə alınan zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.