Ukrayna Ermənistan aviaşirkətinə qarşı sanksiya tətbiq etdi

21:30 - 01 İyul 2023

Ukrayna Ermənistan aviaşirkətinə qarşı sanksiya tətbiq etdi

Ukrayna Ermənistanın “Air Dilijans” aviaşirkətinə qarşı sanksiya tətbiq edib.

 

Manset.az xəbər verir ki, bu barədə müvafiq sənədi iyulun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski imzalayıb.

Sənəddə qeyd olunur ki, Ermənistan aviaşirkətinə qarşı sanksiyalar 10 il müddətinə tətbiq edilib.

Xatırladaq ki, V.Zelenskinin bu gün imzaladığı sənədlə rəsmi Kiyev ümumilikdə 190 fiziki və 291 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Onların əksəriyyəti Rusiya vətəndaşları və şirkətləridir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az