Fransa polisi etirazçılara qarşı PUA-lardan istifadə edəcək

18:47 - 02 İyul 2023

Fransa polisi etirazçılara qarşı PUA-lardan istifadə edəcək

Paris polisi paytaxtda və qonşu departamentlərdə qarşıdan gələn gecə üçün asayişi qorumaq məqsədilə dronlardan istifadəyə icazə verib.

 

Manset.az TASS-a istinadla xəbər verir ki, bu barədə idarənin “Twitter” səhifəsində paylaşım edilib.

“Prefekturanın sərəncamı Parisdə, 92-ci departamentin bəzi kommunalarında, həmçinin 93-cü departamentdə bu gecə saat 18:00-dan (Bakı vaxtı ilə 20:00) bazar ertəsi səhər saat 06:00-a (Bakı vaxtı ilə 09:00) qədər dronlardan istifadə edərək şəkillərin çəkilişinə, baş verənlərin qeydə alınmasına və ötürülməsinə icazə verir”, - məlumatda bildirilir.

Qeyd edək ki, Fransada iğtişaşlar 17 yaşlı sürücünün iyunun 27-də yol patrulunun tələblərinə tabe olmaqdan boyun qaçıraraq öldürülməsindən sonra başlayıb. Əlcəzairli yeniyetməni güllələyən fransız polis məmuru nəzarətə götürülüb. Mərhumun dəfn mərasimi şənbə günü keçirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az