Şəkidə AĞIR QƏZA: 4 yaşlı uşaq və sürücü öldü - YENİLƏNDİ

20:25 - 02 İyul 2023

Şəkidə AĞIR QƏZA: 4 yaşlı uşaq və sürücü öldü - YENİLƏNDİ

Şəkidə baş verən ağır yol qəzasında ölənlərin sayı iki nəfərə çatıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı avtomobildə sərnişin qismində olan 4 yaşlı qız da aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Qəza zamanı ölən sürücü və azyaşlı Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib. Yaralılar isə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda ölənlərin və yaralıların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***19:58

Bu gün saat 18.00 radələrində Şəki giriş avtomobil yolunda hərəkətdə olan “Reno Loga” markalı 99 NG 782 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində iki nəfər həlak olub.

Sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Avtomobildə sərnişin qismində olan 4 yaşlı qız da aldığı ağır xəsarətlərdən vəfat edib.

Qəza zamanı ölən sürücü və azyaşlı Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib. Yaralılar isə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda ölənlərin və yaralıların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az