Ermənistan-Türkiyə sərhədi barədə vacib AÇIQLAMA

21:12 - 02 İyul 2023

Ermənistan-Türkiyə sərhədi barədə vacib AÇIQLAMA

Hazırda Ermənistan Türkiyə ilə sərhəd bölgəsində Marqara (Alican) sərhəd-keçid məntəqəsinin yenidən qurulması və təchiz edilməsi üzərində fəal işləyir.

 

Manset.az xəbər verir ki, bunu Ermənistanın Türkiyə ilə normallaşma üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

O qeyd edib ki, proses yaxın vaxtlarda yekunlaşacaq.

"Ümid edirəm ki, Türkiyə tərəfi də razılaşmanı yerinə yetirəcək və tezliklə üçüncü şəxslərin vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhəd açıq olacaq”, - deyə Rubinyan bildirib.

Rubinyanın sözlərinə görə, belə hallarda əldə edilən ilk razılaşmaların yerinə yetirilməsi çox vacibdir. 

"Razılaşmalar yerinə yetirilirsə, o zaman inam artır, razılaşmalar həyata keçirilməsə, onda mövcud olan kiçik inam yox olur. Və bu yaxşı deyil”, - Rubinyan vurğulayıb.

Xatırladaq ki, aprelin 21-də Ermənistan hökuməti Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsində layihələndirmə və tikinti-təmir işlərinə 28,3 milyon dram (təxminən 73 min dollar) vəsait ayırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az